Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin oyununda səfərdə Ukrayna ilə qarşılaşıb.
Metbuat.az-ın məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matç rəqib komandanın 2:1 hesablı qələbəsi ilə bitib.
Ukraynalıların heyətində Aleksey Quçulyak (30) və Ruslan Malinovski (64) fərqləniblər. Yığmanın yeganə qolu isə rəqibin heyətində Vitali Mikolenkonun ayağına yazılıb. O, 45+3-cü dəqiqədə avtoqol müəllifi olub.
***
00:11
DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan üçüncü qol vurulub.
Metbuat.az-ın məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda rəqib hesabda irəli çıxıb - 2:1.
64-cü dəqiqədə Ruslan Malinovski fərqlənib.
***
23:51
DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda ikinci hissə başlayıb.
Metbuat.az-ın məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda hesab bərabərdir - 1:1.
Matçı avstriyalı baş hakim Sebastyan Qishamer idarə edir.
***23:37
DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda ilk hissə başa çatıb.
Metbuat.az-ın məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda hesab bərabərdir - 1:1.
Matçı avstriyalı baş hakim Sebastyan Qishamer idarə edir.
***
23:33
DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda hesab bərabərləşib.
Metbuat.az-ın məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda yığmamız bərabərlik qolunu vurub -1:1.
45+3-cü dəqiqədə Nəriman Axundzadə "status-kvo"nu bərpa edib.
***
23:18
DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda hesab açılıb.
Metbuat.az-ın məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda rəqib hesabda irəli çıxıb.
30-cu dəqiqədə Aleksey Quçulyak başla dəqiq oynayıb.
***
23:45
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Ukrayna - Azərbaycan matçına start verilib.
Metbuat.az-ın məlumatına görə, qarşılaşma Krakovdakı "Krakoviya" stadionunda keçirilir.
Matçı avstriyalı baş hakim Sebastyan Qishamer idarə edir.