Latviyanın Rusiya və Belarusla sərhəd zonasında yerləşən bölgələrində hava məkanının qismən bağlanması axşam və gecə saatlarında ən azı bu həftənin sonuna qədər qüvvədə qalacaq.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin hava nəzarəti dairələrindəki mənbə açıqlayıb.
“Müvafiq qadağa Rusiya və Belarusla sərhəd bölgəsində, 6 kilometrə qədər hündürlükdə uçuşlara qoyulan məhdudiyyət hələlik Oktyabrın 12-si, bazar gününün səhərinədək uzadılıb”, – mənbə bildirib.
O, həmçinin xatırladıb ki, əvvəlcə bu qadağa Oktyabrın 8-nə qədər qüvvədə olmalı idi.
Mənbənin sözlərinə görə, oxşar tədbirlər Litva və Estoniya sərhədlərində də tətbiq olunur.