Metbuat.az xəbər verir ki, gəmi İspaniya donanmasına məxsus olub. Batmış gəmidəki xəzinənin dəyəri təxminən 1 milyon dollardır. Mütəxəssislər ərazidə daha böyük xəzinənin olduğunu irəli sürüb. Onlar hesab edirlər, tapılan qiyməti metallar hələlik kəşf edilməyən xəzinənin bir hissəsidir. Ərazidə 400 milyon dollarlıq xəzinə olduğu irəli sürülür. Xəzinə 1715-ci ildə qasırğada batan İspan donanmasının qalıqları arasında aşkar edilib. Ərazidə aparılan qazıntılar zamanı qızıl əşyalarla birlikdə 1000-dən çox gümüş sikkə və 5 qızıl sikkə aşkar edilib. Sikkələrin o dövrdə İspaniyaya sərvət daşınan Meksika, Peru və Boliviya kimi koloniyalarda hazırlandığı iddia edilir.