Bakı. Trend:
Bu ilin oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların tənzimləyici kapitalının həcmi açıqlanıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.
Məlumata görə, tənzimləyici kapitalının həcmi ən yüksək olan bank Azərbaycan Beynəlxalq Bankı (ABB) olub. Bankın tənzimləyici kapitalının həcmi 2,149 milyard manat təşkil edib.
İkinci sırada 1,461 milyard manat tənzimləyici kapital ilə “Kapital Bank” dayanıb. Siyahının üçüncü pilləsində 981,175 milyon manat tənzimləyici kapital ilə "PAŞA Bank" qərarlaşıb.
Tənzimləyici kapitalının həcmi ən az olan bank isə Yelo Bank olub. Bankın tənzimləyici kapitalının həcmi 61,377 milyon manat təşkil edib.
Banks Regulatory capital 1 ABB 2,148,807,42 2 Kapital Bank 1,460,613,00 3 Pasha Bank 981,175,00 4 Xalq Bank 531,310,61 5 Bank Respublika 298,260,14 6 UniBank 266,956,26 7 AccessBank 239,395,75 8 Premium Bank 192,807,00 9 Bank of Baku 187,581,91 10 ZiraatBank 174,076,30 11 Rabita Bank 143,516,42 12 AzersenayeBank 131,531,79 13 Expressbank 129,669,00 14 Azer–Turk Bank 128,690,00 15 YapikrediBank 114,754,52 16 Turan Bank 108,854,00 17 VTB Bank 106,802,15 18 Avrasiya Bank 92,120,49 19 AFB Bank 76,181,28 20 Bank Melli Iran 73,703,56 21 Yelo Bank 61,377,42