Metbuat.az xəbər verir ki, liderlər iki ölkə arasında münasibətləri gücləndirmək üçün 10 illik yol xəritəsini açıqlayıblar. Məlumata görə, müqavilə sərmayələrdən tutmuş təhlükəsizliyə qədər geniş sahələr üzrə əməkdaşlığı nəzərdə tutur. Razılaşmaya əsasən Yaponiya Hindistana 68 milyard dollar sərmayə qoyacaq. Modi bildirib ki, iki ölkə problemlərini həll etmək üçün bir-birinin güclü tərəflərindən istifadə etməlidir.