Bakı. Trend:
Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub.
Layihəyə əsasən, 2027-ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat nəzərdə tutulub.
Büdcə gəlirlərinin 38 milyard 518,4 milyon manatının mərkəzləşdirilmiş gəlirlər, 735,6 milyon manatının isə yerli gəlirlər hesabına formalaşması planlaşdırılır.
Xərclərin 41 milyard 664,4 milyon manatı mərkəzləşdirilmiş xərclərin, 735,6 milyon manatı isə yerli xərclərin payına düşür.
Layihəyə görə, dövlət büdcəsinin kəsirinin yuxarı həddi 3 milyard 146 milyon manat müəyyən edilib.