Metbuat.az xəbər verir ki, İranın müdafiə naziri Əziz Nəsirzadə belə açıqlama verib. Tasnim Xəbər Agentliyinin məlumatına görə, Nəsirzadə “Müdafiə Sənayesi Günü”ndə çıxışı zamanı ölkəsində yeni silah texnologiyaları haqqında açıqlamalar verib. Nəsirzadə bildirib ki, İsraillə 12 günlük müharibədə istifadə edilən raketlər bir neçə il əvvəl Müdafiə Nazirliyinin istehsal etdiyi raketlər olub.