ABŞ Ukraynaya qoşun göndərməyi nəzərdən keçirmir.
Metbuat.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Levitt belə açıqlama verib. O bildirib ki, Prezident Donald Tramp Ukraynada davamlı sülhün əldə edilməsi üçün təhlükəsizlik zəmanətlərinin vacib olduğunu qəbul edir, lakin bunun üçün ABŞ-nin qoşunlarının olmayacağını birmənalı şəkildə bəyan edib. Levitt eyni zamanda bildirib ki, ABŞ Ukraynaya qoşun göndərməsə də, koordinasiyaya kömək edə və ola bilsin ki, avropalı müttəfiqlərinə başqa təhlükəsizlik zəmanətləri verə bilər.
Leavittin sözlərinə görə, Rusiya və Ukrayna liderləri arasında birbaşa danışıqlar üçün səylər davam edir.