ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderlərlə keçirilən Rusiya-Ukrayna müharibəsinə dair danışıqları şərh edib.
Metbuat.az xəbər verir ki, Tramp Ukraynanın NATO-ya üzv olmayacağını təkrarlayıb. “Fox News”a danışan Tramp Avropa liderlərinin ABŞ-yə hörmət etdiyini və Rusiya-Ukrayna müharibəsini yekunlaşdırmaq istədiklərini ifadə edib. Trampın sözlərinə görə, Vladimir Putin və Volodimir Zelenski arasında mümkün razılaşma onun gözlədiyindən daha yaxşı ola bilər. Tramp Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərinin daha çox Avropa ölkələrinə həvalə ediləcəyini ifadə edib.