İsrail Baş naziri Binyamin Netanyahu Azərbaycan və Ermənistan liderlərini təbrik edib.
Metbuat.az xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.
"Prezident Trampı təbrik edirik! Sizin cəsarətli rəhbərliyiniz və qlobal baxışınız daha bir sülh sazişini mümkün etdi. Mən də bu tarixi sazişin imzalanması münasibətilə prezident Əliyevi, baş nazir Paşinyanı, Azərbaycan və Ermənistan xalqlarını təbrik edirəm. Hamınıza barışıq və ortaq rifah dövrü arzulayıram".