Azərbaycanın işğaldan azad edilən daha bir rayonunda şiddətli yanğın başlayıb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, Xocavənd rayonun Çörəkli kəndi ərazisindəki meşə massivi yanır.
Hazırda yanğının geniş əraziyə yayıldığı müşahidə olunur.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və texnikaları cəlb edilib.
Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.
23:20
Ağdam rayonu ərazisində güclü yanğın başlayıb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, yanğın rayonun Novruzlu kəndi ərazisindəki açıq ərazidə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirlyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.