"Bakıda bütün məktəbəqədər təhsil müəssisələri isti yeməklə təmin olunub".
Modern.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.
O bildirib ki, Bakıda 4 rayonda isti yeməklə təmin olunmayan məktəbəqədər təhsil müəssisəsi var idi ki, bu müəssisələr də 2024-2025-ci illərdə isti yeməklə təmin olunub:
"Həmçinin regionlardan Bərdə, Mingəçevir, Gəncə, Xankəndi və Yevlaxdakı bağçalar da isti yeməklə təmin olunublar. Növbəti illərdə bunun digər regionlarda tətbiq olunması məsələsinə baxılacaq".