Yeni mövsüm öncəsi heyətini gücləndirmək istəyən “Fənərbaxça” Almaniyanın “Bayer Leverkuzen” klubunda çıxış edən təcrübəli yarımmüdafiəçi Qranit Xakanı transfer etmək üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. Bildirilib ki, İstanbul klubu İsveçrə millisinin üzvü üçün artıq rəsmi təklif göndərib.
Xakanın xidmətində maraqlı olan klublar arasında İngiltərənin “Sanderlend” komandası da yer alır. Onlar da Leverkuzen klubuna təklif irəli sürüb. Lakin alman təmsilçisi hər iki təklifi qeyri-kafi hesab edərək rədd edib. Bildirilir ki, həm “Fənərbaxça”, həm də “Sanderlend” tərəfi yeni və daha sərfəli təkliflər üzərində işləyir.
Mənbənin məlumatına əsasən, "Leverkuzen" Xakanın transferinə tamamilə “yox” deməyib. Klubun yeni təkliflərə açıq olduğu və prosesin danışıqlar yolu ilə davam edə biləcəyi qeyd olunub.
Qranit Xaka ötən mövsüm “Bayer Leverkuzen”in heyətində 49 oyuna çıxıb, 2 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.