UEFA Monteneqronun "Arsenal" klubuna sərt cəza verib.
Metbuat.az xəbər verir ki, UEFA 10 il müddətinə "Arsenal"ı Avropa kubokları yarışlarından uzaqlaşdırıb. UEFA-nın Mətbuat Xidməti məlumatına görə, "Arsenal"a danışılmış oyunlar təşkil etdiyinə görə belə cəza tətbiq edilib. Həmçinin, “Arsenal”a 500 min avro cərimə tətbiq edilib. İddia edilir ki, pozuntular UEFA Konfrans Liqasının 2023/24 mövsümündə qeydə alınıb. “Arsenal” təsnifat matçlarında Ermənistanın "Alaşkert" komandasına qarşı oyunlarda pozuntulara yol verib.
Qeyd edək ki, “Arsenal” və "Alaşkert" arasında ilk oyun 1-1 hesabı ilə yekunlaşmışdı. İkinci oyunda isə “Alaşkert" 6:1 hesabı ilə qalib gəlib.