"Fənərbaxça" ilə yollarını ayıran Duşan Tadiç karyerasını İspaniyada davam etdirəcək.
Metbuat.az xəbər verir ki, "Fənərbaxça" ilə müqaviləsi başa çatan futbolçu “Atletiko Madrid”lə anlaşıb. La Liqa nəhəngi təcrübəli futbolçunu azad agent kimi transfer edəcək. Tadiçin Dieqo Simeonenin yeni mövsümlə bağlı planlarında əsas rol oynayacağı irəli sürülür.
Qeyd edək ki, iki mövsüm "Fənərbaxça"da forma geyinən Duşan Tadiç komandadakı uğurlu çıxışı ilə diqqət çəkib. Tadiç Superliqa və avrokuboklarda 109 oyunda 29 qol vurub və 35 məhsuldar ötürmə ilə yadda qalıb.