Texnologiya nəhəngləri süni intellekti (AI) daha geniş auditoriyaya çatdıracaq yeni elektron cihazlar üzərində çalışdıqları bir vaxtda, Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung" da fərqli bir istiqamətə yönəlir.
Metbuat.az xəbər verir ki, şirkət süni intellektlə təchiz olunmuş sırğa və boyunbağı kimi geyilə bilən cihazlar hazırlamağı planlaşdırır.
“Yəni bu cihazlar eynək, sırğa, ağıllı saat, üzük və ya bəzən boyunbağı formasında ola bilər”.