Metbuat.az xəbər verir ki, bəyannamədə Qəzza zolağının Fələstinin “vacib bir hissəsi” olduğu bildirilib və İsrail qüvvələrinin Qəzza zolağından və bütün işğal olunmuş Fələstin ərazilərindən tamamilə çıxarılması, həmçinin Qəzzada daimi və qeyd-şərtsiz atəşkəs tələb edilib.
Həmçinin 13 iyun 2025-ci ildən İrana qarşı hərbi hücumlar pislənib. Bunların beynəlxalq hüquq və BMT Nizamnaməsinə zidd olduğu qeyd edilib və Yaxın Şərqdə artan təhlükəsizlik riskindən narahatlıq ifadə olunub.
Sudan və Haitidəki vəziyyət Bəyanatda Sudandakı humanitar böhranla bağlı dərin narahatlıq ifadə olunub və bölgədə dərhal, daimi və qeyd-şərtsiz atəşkəs əldə edilməsi və münaqişənin sülh yolu ilə həll edilməsi çağırışı edilib. Bəyanatda həmçinin Sudan xalqının humanitar yardıma davamlı, təcili və fasiləsiz çıxışının təmin edilməsinin vacibliyi vurğulanıb. Bəyannamədə Haitidə humanitar və iqtisadi vəziyyətin gündən-günə pisləşdiyi bildirilib və ölkədəki humanitar böhranın ancaq beynəlxalq ictimaiyyətin dəstəyi ilə həll oluna biləcəyi vurğulanıb.