İran Ali lideri Xamenei müharibədən sonra ilk dəfə "üzə çıxıb".
Metbuat.az xəbər verir ki, o , Aşura Günündə insanlar arasında görünüb.
İyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirərək “Yüksələn Şir” əməliyyatına başlayıb. İran “Doğru Vəd 3” əməliyyatı ilə cavab verib.
İyunun 22-nə keçən gecə ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektinə hücum etdiyini açıqlayıb . Onun sözlərinə görə, İranın uranın zənginləşdirilməsi üzrə əsas obyektləri tamamilə məhv edilib.