Dünyanın bir sıra ölkələrində yutub videohostinq xidmətinin fəaliyyətində nasazlıq müşahidə olunur.
Metbuat.az-ın xəbərinə görə, bu barədə məşhur internet resurslarının işinə nəzarət edən “Downdetector” xidmətinin saytı məlumat yayıb. Məlumata görə, istifadəçilərin 3 %-i proqramın işində nasazlıqların olduğunu, 16 %-də videoların nümayiş olunmadığını, 81 %-i sayta daxil olarkən çətinliklə üzləşdiyini qeyd edib.
Yutubda nasazlıq ABŞ, Böyük Britaniya, Fransa, Polşa və digər ölkələrdə müşahidə edilib.