“Liverpul” “Bayer Leverkuzen”in futbolçusu Florian Virtzi transfer etmək üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, İngiltərə nəhəngi futbolçu üçün təklif göndərib. "Bild"in məlumatına görə, “Liverpul” yarımmüdafiəçi üçün 130 milyon avro təklif edib. Almaniya klubu təklifi rədd edib. İddialara görə, “Bayer Leverkuzen” futbolçu üçün 150 milyon avro tələb edir. Tərəflər arasında 20 milyonluq fikir ayrılığı var. 150 milyon avroluq razılaşma əldə olunarsa, bu transfer Almaniya futbol tarixinin ən yüksək qiymətli transferi olacaq. “Liverpul”un bu transferi reallaşdıra biləcəyi irəli sürülür.
Qeyd edək ki, Florian Virtzin adı “Real Madrid”lə də hallanmışdı. Futbolçu bu mövsüm “Bayer Leverkuzen”in heyətində 45 oyunda 16 qol 15 məhsuldar ötürmə ilə yadda qalıb.