Türkiyədə Rusiya ilə Ukrayna arasında danışıqlar konstruktiv keçib.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlama verib. O bildirib ki, tərəflərin humanitar mübadilə ilə bağlı mövzuda bir sıra məsələlər barədə razılaşıblar. Hakan Fidan həmçinin atəşkəs və sülh məsələləri ilə bağlı hazırlanan memorandumların tərəflərin bir-birinə təqdim etdiyini və bu mətnlər üzərində texniki səviyyəli işlərə başlanılacağını bildirib. O, Türkiyəyə göstərilən etimada görə hər iki ölkəyə təşəkkür edib.
Onun sözlərinə görə, Rusiya və Ukrayna liderlər səviyyəsində görüş üçün yer hazırlığının davam etdirilməsi barədə razılığa gəliblər.