“Qalatasaray”da icarə əsasında çıxış edən “Napoli”nin futbolçusu Viktor Osimhenlə bağlı yeni iddia ortaya atılıb.
Metbuat.az xəbər verir ki, futbolçunun “Əl-Hilal” klubu ilə müqavilə imzaladığı irəli sürülür. “Ər-Riyad” nəşrinin məlumatına görə, Osimhen 3 illik müqaviləyə razılıq verib. Müqavilənin detalları barədə hələlik məlumat verilmir.
Qeyd edək ki, bundan əvvəl Viktor Osimhenin “Əl-Hilal”da illik 30 milyon avro məvacib əldə edəcəyi barədə iddialar dərc edilmişdi. Viktor Osimhen bu mövsüm “Qalatasaray”da 41 matçda 37 qol və 8 məhsuldar ötürmə ilə çıxış edib.