"Trendyol Süper Liqası"nın 38-ci və son turunda "Fənərbaxça" səfərdə "TÜMOSAN Konyaspor"la qarşılaşıb. "Ülker" stadionunda baş tutan oyunda "sarı-lacivərdlilər" 2:1 hesabı ilə qalib gələrək mövsümə qələbə ilə nöqtə qoyub.
Metbuat.az xəbər verir ki, qarşılaşmaya sürətli başlayan tərəf "Konyaspor" olub. Matçın 4-cü dəqiqəsində "Fənərbaxça"nın keçmiş futbolçusu Melih Bostan hesabı açaraq meydan sahiblərini erkən üstünlüyə çıxarıb. İlk hissədə bərabərlik qolunu tapa bilməyən "Fənərbaxça" fasiləyə 0:1 məğlub yollanıb.
İkinci hissədə də oyun tempini artırmaqda çətinlik çəkən "Fənərbaxça" 75-ci dəqiqədə Sofyan Amrabatdan gələn uzun ötürməni dəyərləndirə bilib. Müdafiənin arxasına sızan İrfan Can Kahveci topu qapıçı üzərindən aşırtma zərbə ilə tora göndərərək hesabı bərabərləşdirib.
Qoldan sonra oyunda üstünlüyü ələ alan sarı-lacivərdlilər 82-ci dəqiqədə Youssef En-Nesyrinin fərqlənməsi ilə önə keçib. Mərakeşli forvard bu qolla mövsümdəki qol sayını 30-a çatdıraraq klub tarixində iz qoyub. En-Nesyri "Fənərbaxça"da Enner Valensiyadan sonra bir mövsümdə 30 qol həddini keçən ilk futbolçu olub.
"Fənərbaxça" mövsümü 84 xalla ikinci pillədə tamamlayıb.