İsveçrənin cənubundakı Blatten kəndinin böyük bir hissəsi Alp dağlarından gələn buzlaqlar nəticəsində dağılıb.
Metbuat.az xəbər verir ki, buzlağın çökməsi nəticəsində kəndi nəhəng buz, palçıq və dağıntı yığını əhatə edib. Məlumata görə, təbii fəlakət nəticəsində kənddə bir çox ev dağılıb, ölən və ya xəsarət alan olmayıb. Bildirilib ki, dağılmayan evlər su altında qalıb. Qeyd olunub ki, təbii fəlakət nəticəsində 1 nəfər itkin düşüb. Onun axtarışları davam edir. Təxminən 300 nəfərin yaşadığı kənd demək olar ki, təbii fəlakətdən əvvəl tamamilə boşaldılıb.
Buzlağın çökməsi nəticəsində 3,1 bal gücündə zəlzələnin hiss olunduğu da bildirilib. Blattendə sürüşmə və suyun səviyyəsinin qalxması ilə əlaqədar bəzi qonşu kəndlərdə də təxliyələr aparılıb.