Neftçalanın Xolqaraqaşlı kəndində fərdi yaşayış evində baş verən partlayış nəticəsində yanıq xəsarətləri alan şəxs vəfat edib.
Metbuat.az Report-a istinadən bildirir ki, xəstəxanaya yerləşdirilən 1995-ci il təvəllüdlü Babək Bəylər oğlu Əzizov həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, partlayış nəticəsində onun qardaşı, 2001-ci il təvəllüdlü Bayram Bəylər oğlu Əzizov hadisə yerində həlak olub.
Faktla bağlı araşdırma aparılır.