"Apple"ın ənənəvi Dünya Proqramçılar Konfransı (WWDC) bu il 9 iyunda başlayacaq. Tədbir yaxınlaşdıqca şirkətin təqdim edəcəyi yeniliklərlə bağlı detallar bəlli olmağa başlayıb.
Metbuat.az xəbər verir ki, "Bloomberg" jurnalisti Mark Qurmanın sözlərinə görə, "Apple" bu il "iOS 19", "macOS 16", "watchOS 12'" və "tvOS 19" üçün nəzərəçarpacaq dizayn dəyişiklikləri edəcək. Bu yeniliklərin ortaq cəhəti isə onların interfeys baxımından "Apple Vision Pro" üçün hazırlanmış "visionOS" sistemindən ilham almasıdır. "iOS 19"un dizayn baxımından böyük dəyişikliklə gələcəyi artıq gözlənilən idi.
Qurmanın bildirdiyinə görə, bu cür yeniliklər "tvOS 19" və "watchOS 12"də də tətbiq ediləcək.