Metbuat.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla görüşdən sonra belə deyib. O bildirib ki, Qəzza və İordan çayının qərb sahilində baş verənlər qəbuledilməzdir. Lavrov nazir Fidanın başçılıq etdiyi nümayəndə heyətini Moskvada qəbul etməkdən məmnunluğunu ifadə edib. Lavrovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Hakan Fidanla görüşü zamanı Moskvanın Türkiyə ilə birgə layihələr həyata keçirməkdə qərarlı olduğu mesajını verib.