Metbuat.az xəbər verir ki, danışıqların detalları barədə açıqlama verilməyib. Hakan Fidan həmçinin İstanbulda Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinski ilə paytaxt Moskvada görüşüb. Məlumata görə, xarici işlər naziri həmçinin Rusiya-Türkiyə Biznes Assosiasiyasının Direktorlar Şurasının üzvləri və Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə də görüş keçirəcək.