Finlandiya Xarici İşlər Nazirliyi Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsovu nazirliyə çağırıb.
Metbuat.az xəbər verir ki, ordu Porvoo sahillərində iki Rusiya hərbi təyyarəsinin Finlandiyanın hava məkanını pozduğunu irəli sürüb. Xarici İşlər Nazirliyi səfiri hadisə ilə bağlı sorğu-sual etmək üçün çağırıb. Finlandiya Müdafiə Nazirliyi sosial media platformasındakı açıqlamada, Porvoo sahillərində iki Rusiya hərbi təyyarəsinin ölkənin hava məkanını pozmaqda şübhəli bilindiyi qeyd edib.
Finlandiyanın müdafiə naziri Antti Edvard Hakkanen hava məkanının pozulmasına ciddi yanaşdıqlarını qeyd edərək, hadisə ilə bağlı araşdırma başladıldığını açıqlayıb.