Türkiyə Superliqasının 37-ci turu çərçivəsində "Hatayspor" doğma meydanda "Fənərbaxça"nı qəbul edib.
Metbuat.az xəbər verir ki, qarşılaşma ev sahiblərinin 4-2 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı İstanbul təmsilçisi açsa da, sonradan "Fənərbaxça" 4 qol buraxıb. Birinci hissədə "Fənərbaxça"nın futbolçusu Mert Müldür meydandan qovulub.