Yaponiyanın Tokio şəhərindən ABŞ-nin Texas ştatının Hyuston şəhərinə uçan sərnişin təyyarəsində gərginlik müşahidə edilib.
Metbuat.az xəbər verir ki, sərnişinlərdən biri təyyarənin qapılarını açmağa cəhd edib. Sərnişin qapıları açmağa çalışarkən ekipaj üzvləri və digər sərnişinlər tərəfindən saxlanılıb. Federal Təhqiqat Bürosu və Siettl hava limanının bəyanatına görə, təyyarə havada olarkən sərnişin iki çıxış qapısını açmağa çalışıb. Təyyarə enmək üçün Sietldəki hava limanına yönləndirilib. Açıqlamada bildirilir ki, 10 saatlıq uçuşdan sonra qapıları açmağa çalışan sərnişin saxlanılıb.
Həmçinin uçuş gecikdiyi üçün əsəbiləşərək tualetin qapısına zərər verən digər sərnişin təyyarədən endirilib. Bildirilib ki, enişdən sonra təyyarə yenidən havaya qalxıb.