Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisi Dünya Kubokunun Bakıda keçirilən seçmə mərhələsində sonuncu oyununa çıxıb.
Metbuat.az xəbər verir ki, B qrupunda mübarizə yığma Böyük Britaniya ilə üz-üzə gəlib. Görüş rəqibin 21:12 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra komandamız qrupdan çıxmaq şansını itirib.