ABŞ Prezidenti Donald Tramp “Apple” şirkətinə xəbərdarlıq edib.
Metbuat.az xəbər verir ki, o bildirib ki, “Apple” şirkəti “iPhone” telefonlarını ABŞ-də istehsal etməlidir. Tramp bu barədə sosial media hesabında açıqlama verib. “Apple” şirkətinin rəhbəri Tim Kuk ilə danışdığını ifadə edən Tramp, tələbini bəyan edib. O, “Mən ona bildirmişəm ki, “iPhone”ların ABŞ-də istehsal ediləcəyini gözləyirəm, Hindistanda və ya başqa bir ölkədə deyil, Amerikada istehsal olunacaq” - deyə bildirib.
Tramp bəyan edib ki, “iPhone” ABŞ-də istehsal edilməsə, şirkətə 25 faiz vergi tətbiq ediləcək.