“James Webb” kosmik teleskopu kainatın yaranmasından cəmi 280 milyon il sonra ortaya çıxan qalaktika kəşf edib.
Metbuat.az xəbər verir ki, yeni qalaktika indiyə qədər aşkar edilmiş ən uzaq qalaktika kimi qeyd edilib. Yeni kəşf edilən qalaktikaya “MoM-z14” adı verilib. Araşdırmalar qalaktikadan gələn işığın təxminən 13,5 milyard il əvvəl yayıldığını göstərir. Əvvəlki rekord “JADES-GS-z14-0” adlı qalaktikaya məxsus idi.
Bundan əlavə, qalaktikanın azot-karbon nisbəti Günəşinkindən daha yüksəkdir. Bu nisbət Süd Yolu ilə əlaqəli qədim qlobular çoxluqların kimyəvi tərkibinə oxşar olduğunu göstərir.