"Real Madrid” klubunun futbolçusu Rodriqo Qoes karyerasını İngiltərə çempionatında davam etdirə bilər.
Metbuat.az xəbər verir ki, “Çelsi” futbolçu üçün iddialı təklif irəli sürüb. Bundan əvvəl mediada Rodriqonun “Real Madrid"dəki rolundan narazı olduğu və komandanı tərk etməyi düşündüyü qeyd olunmuşdu.
Qeyd edək ki, cari mövsümdə Rodriqo bütün turnirlərdə ümumilikdə 50 oyunda iştirak edib, 13 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.