Futbol üzrə İtaliya A Seriyasında çempion son turda müəyyənləşib.
Metbuat.az xəbər verir ki, “Napoli” 38-ci turda öz meydanında “Kalyari”ni 2:0 hesabı ilə məğlub edərək, ölkə birinciliyinin qalibi olub. Neapol təmsilçilərinin heyətində yarımmüdafiəçi Skott Maktominey və hücumçu Romelu Lukaku fərqlənib.
“İnter” səfərdə “Komo”nu eyni hesabla məğlub edib. Yekunda “Napoli” 82 xalla birinci, “İnter” 81 xalla ikinci yeri tutub.