Rusiya ilə Ukrayna sərhədində təhlükəsizlik məqsədilə bufer zonanın yaradılmasına qərar verilib.
Metbuat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin hökumət rəsmiləri ilə videokonfrans vasitəsilə keçirdiyi görüşdə belə deyib. O bildirib ki, Rusiya ordusu bufer zonanın yardılması işi üzərində çalışır. Putin, "Mən artıq demişəm ki, sərhəd boyu lazımi təhlükəsizlik bufer zonasının yaradılması barədə qərar qəbul edilib. Hazırda silahlı qüvvələrimiz bu tapşırıq üzərində işləyir", - deyə bildirib.
Putin həmçinin Kursk, Belqorod və Bryansk vilayətlərinin zərər çəkmiş ərazilərinin hərtərəfli bərpası üçün proqram hazırlamağı tapşırıb.