Qətərin ABŞ-yə hədiyyə etdiyi təyyarə Pentaqonun inventarına daxil edilib.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-nin Müdafiə Nazirliyi açıqlama verib. Pentaqonun sözçüsü Sean Parnell müdafiə naziri Pete Hegsethin “Boeing 747” təyyarəsini federal qaydalara uyğun olaraq qəbul etdiyini bildirib. Pentaqon rəsmiləri, təxminən 200 milyon dollar dəyərində olduğu təxmin edilən təyyarənin Donald Trampı daşıya biləcək qədər təhlükəsiz sayıla bilinməsi üçün hərtərəfli araşdırma tələb olunacağını açıqlayıb.
Qeyd edək ki, Qətər rəsmiləri Dohaya səfəri zamanı Donald Trampa hədiyyə olaraq “Boeing 747” təyyarəsi verildiyini açıqlayıb.