Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Baş katibi Mark Rutte ilə söhbətinin təfərrüatlarını açıqlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün teleqram kanalında yazıb.
“NATO-nun Baş katibi Mark Rutte ilə söhbətim oldu. Hazırkı vəziyyəti, birgə növbəti addımları və Rusiyaya təzyiq etmək zərurətini müzakirə etdik”, - o deyib.
Bundan əlavə, Zelenski Rutte ilə Kiyevin tərəfdaşları ilə təmaslarının təfərrüatlarını bölüşüb və ona Rusiya tərəfi ilə atəşkəslə bağlı danışıqları davam etdirmək üçün mümkün platformalar barədə məlumat verib.