Livan ordusu Suriya sərhədində fövqəladə təhlükəsizlik tədbirləri həyata keçirib.
Metbuat.az xəbər verir ki, bu barədə Livan ordusundan açıqlama verilib. Bildirilib ki, Hirmil şəhərinin sərhəd bölgəsində qaçaqmalçılıqla bağlı mübahisələrə görə Livandan Suriya ərazisinə atəş açılıb. Suriyanın tərəfinin verməsi ilə başlayan qarşıdurmada hər iki tərəfdən yaralananların olduğu bildirilib. Açıqlamada, Livan ərazisindən atəş açanların saxlanılması üçün Suriya sərhədində fövqəladə təhlükəsizlik tədbirləri həyata keçirildiyi, Livandan Suriya tərəfinə atəş açan şəxsin yaxalandığı vurğulanıb.
Bəyanatda sözügedən şəxsin qaçaqmalçılıqla məşğul olan silahlı qruplaşma üzvü olduğu və Livan ordusunun rəsmiləri ilə suriyalı həmkarları arasında təmaslar nəticəsində gərginliyin azaldığı vurğulanıb.