BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Suriyanın yeni bayrağının qaldırılması mərasimi keçirilib.
Metbuat.az xəbər verir ki, tədbirdə Suriya keçid hökumətinin xarici işlər naziri Əsaad Həsən Əş-Şibani, onlarla diplomat, BMT-nin əməkdaşları və media nümayəndələri iştirak ediblər.
Yeni Suriya hökumətinin onlarla tərəfdarı qərargahın yaxınlığında toplaşıb.