ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Paris danışıqlarında Avropa və Kiyevə Ukrayna nizamlanması ilə bağlı təkliflər siyahısını təqdim edib.
Metbuat.az xəbər verir ki, ABŞ-nin təşəbbüsü Kiyev və Moskva arasında danışıqların başlanmasını, həmçinin daimi atəşkəsin elan edilməsini nəzərdə tutur. ABŞ-nin təklifində əks olunan əsas şərtlərdən biri Ukraynanın NATO-ya üzv olmaq istəyindən imtina etməsidir. “Reuters”in məlumatına görə, təklif Krımın de-yure Rusiyanın bir hissəsi kimi, Moskvanın nəzarətində olan dörd yeni regionun ərazilərinin isə de-fakto tanınması ilə bağlı bəndi ehtiva edir.