Metbuat.az xəbər verir ki, açıqlamada deyilir ki, “Apple” və Meta şirkətləri Rəqəmsal Bazarlar Aktı ilə bağlı öhdəlikləri pozublar. Bildirilir ki, Avropa İttifaqı qaydalarına əsasən, tətbiqlərini “Apple”ın “App Store” mağazası vasitəsilə yayan tərtibatçılar öz müştərilərini pulsuz məlumatlandırmalı və alternativ təkliflərə yönləndirməlidirlər. “Apple” buna icazə verməyərək öz öhdəliyinə əməl etməyib.