Yəməndə İranın dəstəklədiyi husilər ABŞ-a məxsus hərbi pilotsuz təyyarəni zərərsizləşdirdiklərini və iki döyüş gəmisini hədəfə aldıqlarını açıqlayıb.
Metbuat.az xəbər verir ki, husi ordusunun sözçüsü Yəhya Serinin açıqlamasına görə, Yəmənin şimal-qərbində ABŞ-a məxsus MQ-9 tipli PUA yer-hava raketi ilə zərərsizləşdirilib. Seri, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Truman" və "Carl Vinson" təyyarə gəmilərini qanadlı raket və PUA-larla hədəf aldıqlarını bildirib.
Qeyd edək ki, husilərə məxsus Əl-Məsirə televiziyasında yayımlanan xəbərə görə, ABŞ döyüş təyyarələri Hudeydanın Kamaran adasını bombalayıb. ABŞ-nin Yəmənin Hudeyda şəhərinin Es-Salif bölgəsinə iki, Səda şəhərinin Əl-Səlim bölgəsinə dörd hücum təşkil etdiyi bildirilib.