Türkiyənin Kütahya şəhərində rixter cədvəli üzrə 4,3 zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri 13,43 kilometr dərinlikdə yerləşib. Türkiyə mediasının xəbərinə görə, yeraltı təkanlar Balıkəsir və ətraf vilayətlərdə güclü şəkildə hiss olunub. Dağıntı və tələfat barədə məlumat verilməyib.