ABŞ döyüş təyyarələrinin Yəmənin paytaxtı Sənaya hücumu nəticəsində 12 nəfər həlak olub.
Metbuat.az xəbər verir ki, bu barədə husi üsyançılarına bağlı Səhiyyə Nazirliyi açıqlama verib. Açıqlamaya görə, paytaxtın bombalanması nəticəsində 30 nəfər yaralanıb. Bildirilir ki, ABŞ döyüş təyyarələri paytaxt Səna ilə yanaşı Amran, Sade, Marib və Mahvit əyalətlərinə hücumlar təşkil edib. Bu ərazilərdəki tələfat barədə açıqlama verilməyib.
Qeyd edək ki, bundan əvvəl husilər ABŞ-nin Yəməndə quru əməliyyatına hazırlaşdığını iddia ediblər. Husi hökumətinin xarici işlər naziri Camal Amir bildirib ki, bu addım gərginliyi daha da artıracaq.