Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğında həyətdə olan maşınlar da yanıb.
Metbuat.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, yanğın nəticəsində ümumi sahəsi 1600kv.m. olan metal konstruksiyalardan ibarət marketə məxsus anbar 650kv.m. sahədə, 50 p.m. elektrik kabeli, anbarın qarşısında dayanmış “Toyota”, “Mercedes”, “VAZ-2107” və “Hyundai” markalı minik avtomobillərinin yanar hissələri və “Opel” markalı minik avtomobilinin dam hissəsi yanıb.
Həmin görüntüləri təqdim edirik: