Misli Premyer Liqasında XXXI tur başa çatıb.
Metbuat.az xəbər verir ki, sonuncu matçda "Zirə" "Sumqayıt"ı qəbul edib.
Qarşılaşma Bakı klubunun qələbəsi ilə yekunlaşıb - 3:1.
Bu nəticədən sonra xallarının sayını 61-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. "Gənclik şəhəri" təmsilçisi 29 xalla səkkizinci sıradadır.