Sabah Türkiyədə yeni "Türksat 6A" rabitə peykinin istismara verilməsi mərasimi keçiriləcək.
Metbuat.az TRT Haber-ə istinadən xəbər verir ki, qurğunun orbitə buraxılması türk peyklərinin əhatə dairəsini dünya üzrə 3,5 milyarddan 5 milyard insana çatdıracaq.
Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.