Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Həmas Rəhbərlik Şurasının sədri Məhəmməd Dərviş və Həmas Siyasi Bürosunun üzvləri ilə görüşüb.
Metbuat.az TRT Haber-ə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyindəki mənbələrdən edilən açıqlamaya görə, görüş zamanı Qəzzada atəşkəsə nail olmaq üçün səylərin müzakirə edildiyi bildirilib.
Xarici işlər naziri Fidan Fələstin qrupları arasında birliyin vacibliyini vurğulayaraq Türkiyənin bu istiqamətdə səylərə hər cür töhfə verməyə hazır olduğunu bildirib.